Ermənistan həyəcan təbili çalır: Millət yox ola bilər - Qarabağ münaqişəsi problem yaradacaq » AzNews.info -Xəbər portalı

Ermənistan həyəcan təbili çalır: Millət yox ola bilər - Qarabağ münaqişəsi problem yaradacaq

Ermənistan həyəcan təbili çalır: Millət yox ola bilər - Qarabağ münaqişəsi problem yaradacaq


Erməni sosioloq həyəcan təbili çalır: “Millətimiz yox ola bilər”; Gevork Poqosyan: “Ermənistanda ermənilərin və onların uşaqlarının gələcəyi yoxdur...”
Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və onun toplumu üçün hansı ağır maddi, iqtisadi-sosial və demoqrafik problemlər, məşəqqətlər yaratdığı haqda zaman-zaman yazılıb. Lakin bu barədə erməni ekspert və sosioloqların danışıb həyəcan təbii çalanda təbii ki, ikiqat maraq doğurur, diqqət çəkir və ibrətamiz təsir bağışlayır .

Onlardan biri də sosioloq, Ermənistan Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Gevork Poqosyandır. Musavat.com-un məlumatlına görə, onun bu mövzuda “Eurasia Daily Monitor”da işıq üzü görən məqaləsi Ermənistanın hazırkı kritik durumuna və onun yaranma səbəblərinə “içəridən” işıq salır və kifayət qədər aktual hesab edilə bilər.

“Bütün tərəqqipərvər bəşəriyyət bu və ya başqa bitki və ya heyvan növünün yox olması haqda periodik yazılardan narahat olur. Ancaq nədənsə xalqların və millətlərin yox olmasından daha az narahat olurlar. Üstəlik, postsovet dönəmi hətta böyük xalqların da başına nə gələ biləcəyini göstərir – elə xalqlar var ki, sayı doğum göstəricilərinin azalması, emiqrasiyanın və assimilyasiyanın güclənməsi nəticəsində azalıb. Onlardan biri də hazırda demokrafik fəlakətlə üzləşən Ermənistandır” – erməni ekspert yazır.
Poqosyan ardınca bildirir: “1991-ci ildən sonra Ermənistan əhalisi təqribən 1.5 milyon azalıb və proqnozlara görə, növbəti onilliklərdə bir o qədər azalacaq. Belə göstəricilər ermənilərin millət olaraq uzunmüddətli mövcudluğunu sual altına qoyur. Özü də Ermənistanı tərk edənlər əhalinin daha təhsilli hissəsidir, nəinki fəhlə sinfi. Bundan əlavə, Ermənistan öz qonşusu Azərbaycan tərəfindən Qarabağ konfliktinə görə blokadada saxlanılır”.

Erməni sosioloqun sözlərinə görə, Ermənistanda əhalinin sayı 1920-1991-ci illərdə 800 min nəfərdən 5 milyona çatıb, 1991-ci ildən isə (Qarabağ münaqişəsi aktiv fazaya keçəndən – red.) azalmağa başlayıb. “Ölkəni daha çox gənclər tərk elədiyindən, uşaq doğmaq qabiliyyətinə malik qadınların sayı azalır” – sosioloq qeyd edir.

“Bu, Ermənistanda real imkanların olmadığını əks etdirir” – erməni tədqiqatçı alim hesab edir. Emiqrasiya səbəbləri sırasında o, həmçinin, mənəvi böhranı qeyd edir: “Çünki ermənilər getdikcə daha çox hiss etməyə başlayırlar ki, elan edilməmiş müharibə şəraitində olan bir ölkədə, hökumətin korrupsiya və cinayətkarlıqla, demək olar, mübarizə aparmadığı ölkədə onların və uşaqlarının gələcəyi yoxdur” – Poqosyan deyir.
Sosioloq yaranmış vəziyyətə görə ilk növbədə hökuməti suçlu hesab edir: “Hökumət əvvəla, problemin mövcudluğunu etiraf eləməli və milli psixologiyanın dəyişməsi siyasətini qəbul eləməlidir. Eyni zamanda etiraf eləməlidir ki, iqtisadiyyatın xilasına yönəlik bəzi addımlar ölkənin demoqrafik gələcəyini məhv edə bilər. Məsələn, Avrasiya İqtisadi Birliyinə qoşulmaq ermənilərin ölkədən miqrasiyasını asanlaşdıracaq”.

Poqosyan daha sonra yazır: “Söhbət təkcə rəqəmlərdən getmir. Ermənistandan başqa ölkələrə iş tapmaq məqsədi ilə gedənlərin 55-60%-i yüksək səviyyəli mütəxəssislərdir. Daha bir neqativ tendensiya odur ki, gənclərin 40%-dən çoxu təhsil almaq, işləmək, yaşamaq və ya nikaha girmək məqsədi ilə çıxıb gedirlər”. Erməni sosioloqun qənətincə, İrəvan emiqrasiyanın dayanmasına ümid edə bilməz, ancaq “erməni xalqının gələcəyinin olması üçün o, “sirkulyasiya edən miqrasiya”nı stimullaşdırmalıdır”.

“Bundan əlavə, 8 milyonluq diaspordan ermənilərin cəlb olunması üçün addımlar atılmalıdır. Suriyadakı 150 minlik erməni icmasından Ermənistan yalnız 7 min nəfəri qəbul edə bilib. Daha betəri odur ki, Ermənistandakı Suriya ermənilərinin əksəriyyəti başqa ölkəyə getmək üçün buradan aralıq stansiya kimi istifadə edir. Ermənistandakı həyatın reallığı bundan ibarətdir və bunun da nəticəsində əhalinin azalması davam edir” – sonda erməni ekspert əlavə edib.

Şərh: Sözsüz ki, sosioloqun dedikləri həqiqətdir. Hətta gerçək bundan da ağır və sərtdir. Ermənistan, onun toplumunun düşdüyü bütün bu bəlaların, ölkənin sürətlə boşalması və iqtisadiyyatının sovet dövrü səviyyəsində – rüşeym halında qalmasının baş səbəbi isə təbii ki, Qarabağ məsələsi, qonşu ölkənin Azərbaycana əsassız ərazi iddiaları ilə bağlıdır.
Məhz bu iddialara görə və onların bədəli kimi, Ermənistan iki əsas qonşusu – Azərbaycan və Türkiyə tərəfindən 25 ildir haqlı olaraq, blokadada saxlanılır. Əfsus ki, cənab Poqosyan bu mövzuda az danışıb. Təcavüzkar dövlətin, erməni xalqının ürcah olduğu fəlakətli durumun səbəblərindən daha çox, nəticələrdən bəhs edib. Bu da məqalənin erməni cəmiyyəti üçün ictimai dəyərini azaldır və toplumun vəziyyətdən doğru çıxış yolu tapmasına, faktiki, kömək eləmir.

Nə qədər xain qonşularımız öz “xəstəliklərinə” doğru diaqnoz qoyulmasından israrla qaçacaqlar, bir o qədər onların “xəstəlik”dən qurtulması da uzanmış olacaq.
Onu da əlavə edək ki, Poqosyan indiki prezident, “Qarabağ klanı”nın iki ən odioz üzvündən biri olan Serj Sərkisyanın hakimiyyətdə qalmasının əleyhinə olub. 2013-cü ildə o, əminliklə demişdi ki, əgər Sərkisyan ikinci dəfə prezident seçilsə, Ermənistanın boşalması daha sürətlə gedəcək. “Hər seçkidən sonra Ermənistandan emiqrasiya sürətlənib. Yenə belə olacaq. Çünki növbəti dəfə öz namizədinin qələbəsini görməyən çoxları dəyişiklik gözləyə-gözləyə daha məyus duruma düşəcəklər” – sosioloq xəbərdarlıq etmişdi.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *