Cəbhədə 50 erməni hərbçisi məhv edilib » AzNews.info -Xəbər portalı

Cəbhədə 50 erməni hərbçisi məhv edilib – VİDEO

Cəbhədə 50 erməni hərbçisi məhv edilib


Ermənistan ordusu son aylarda cəbhədə aktivliyini artırıb. Rəsmi İrəvan hətta ATƏT-in Minsk Qrupunun Novruz və Pasxa bayramlarına görə cəbhədə atəşkəs rejiminə əməl edilməsi ilə bağlı çağırışına məhəl qoymayıb.

Mütəmadi şəkildə Azərbaycan bölmələrinə diversiya hücumu təşkil edən düşmən nəticədə itkilər verərək geri çəkilməli olur.

Lakin bu itkilər daim Ermənistan ictimaiyyətindən gizlədilir. Azərbaycan Müdafiə Nazirliyinin və erməni mediasının məlumatlarına əsasən, Ermənistan ordusu yanvar-mart ayları ərzində 50-dən artıq hərbçisini itirib.

AzNews.info axar.az-a istinadən Ermənistan ordusunun yanvar-mart ayları ərzində verdiyi itkiləri təqdim edir:

Yanvarın 9-da Ermənistan ordusunun hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Aramais Voskanyan cəbhədə öldürülüb.

Yanvarın 19-da Ermənistan Silahlı Qüvvələrinin əsgəri Avetisyan Edqar Vartani silahla ehtiyatsız davrandığı üçün hospitala yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi fevralın 3-də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribat qrupunun 3 nəfər üzvünün məhv edildiyi barədə məlumat yayıb.

Fevralın 4-dən 5-nə keçən gecə təmas xəttində baş verən atışma nəticəsində 1996-cı il təvəllüdlü erməni əsgər Simon Çavrşyan ölüb.

Azərbaycan ordusunun fevralın 5-də düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələri nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə, ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Nəticədə düşmən 5-7 nəfər itki verib.

1997-ci il təvəllüdlü David Terteryan Dağlıq Qarabağdakı hərbi hissələrdən birində öldürülüb.



Fevralın 19-da işğal altında olan Dağlıq Qarabağda erməni hərbçilər arasında münaqişə baş verib. Pulemyotçu Temur Sloyan qulluq etdiyi bölmənin komandiri kiçik serjant Kamo Ovanisyanı güllələdikdən sonra intihar edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 3-dən 4-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alınıb. Ermənilər qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstəriblər. Görülən qabaqlayıcı tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Azərbaycan ordusu martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq və bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər. Düşmən atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirib.

Martın 10-da erməni hərbçilərin olduğu maşın İrəvan-Mehri yolunda qəzaya düşüb. Nəticədə Ermənistan ordusunda müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 11-də cəbhənin Ağdam istiqamətində Ermənistan ordusunun növbəti dəfə təxribatının qarşısı alınıb. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Ermənistan tərəfi martın 12-də 1997-ci il təvəllüdlü Sarkis Ohanyanın ölümü barədə xəbər yayıb. O, cəbhənin şərq istiqamətində qumbara partlaması nəticəsində ölüb.

Həmçinin erməni mətbuatının yazdığına görə, mart ayının ilk 15 günü ərzində ancaq daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Martın 17-də Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində 1996-cı il təvəllüdlü Artyom Arsenoviç Varderesyan öldürülüb.

Həmin gün Ermənistan ordusu daha bir itki verib. 1997-ci il təvəllüdlü Ovanes Arutyunyan silahla ehtiyatsız davranıb və ölüb.

24 mart səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin Qafanda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Sevak Hambasumyan hərbi poliqonda güllə yarası almış vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində onun başından vurulduğu məlum olub.

Azərbaycan ordusu martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnikanı məhv edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 27-də Ermənistan ordusunun bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur ediliblər.

Martın 30-da qoşunların təmas xəttində David Qriqoryan adlı erməni hərbçisi güllə yarası alıb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *