Sevindirici xəbər: Rubl sabitləşir, manat isə... » AzNews.info -Xəbər portalı

Sevindirici xəbər: Rubl sabitləşir, manat isə...

Sevindirici xəbər: Rubl sabitləşir, manat isə...


Rusiya prezidentinin müşaviri Sergey Qlazev bildirib ki, rublun dollara nisbətən cari məzənnəsi həqiqi dəyərindən üç dəfə aşağı salınıb.

ANS-in məlumatına görə, RSN radiosuna müsahibə verən Qlazev bildirib ki, dolların alıcılıq qabiliyyəti 23-25 rubla bərabərdir. Qlazev fikrini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qiymətləndirməsi ilə əsaslandırıb:

“Rusiyada və ABŞ-da ərzaq səbəti əsas götürülür və baxırlar ki, 100 dollara ABŞ-da və Rusiyada həmin səbətdən nə almaq mümkündür”.

Rus məmurun sözlərinə görə, rublun dollar qarşısında məzənnəsi həqiqi dəyərindən üç dəfə aşağıdır. Hazırda 1 dollar təxminən 68 rubla bərabərdir. Əslində, 2014-cü ildə dolların qiyməti Qlazevin bəhs etdiyi həddə yaxın idi, lakin sonradan Rusiya Mərkəzi Bankı üzən məzənnəyə keçdi və rubl sürətlə ucuzlaşdı. Müəyyən vaxtlarda dolların məzənnəsi 80 rubla qədər qalxmışdı.

İndi Sergey Qlazev rublun məzənnəsinin sabitləşməsinin vacib olduğunu bildirir: “İqtisadiyyatın rəqabət qabiliyyətliliyini təmin etmək üçün məzənnəni sabitləşdirmək lazımdır”.

Onun fikrincə, Rusiya Mərkəzi Bankı rublun iflasından sonra məzənnəni sabitləşdirməli idi: “İndi biz alverçilərin müdaxiləsi olmadan yaşayardıq”.

Sergey Qlazevin fikrincə, iqtisadiyyat sabit məzənnəyə alışdıqdan sonra kreditlər vasitəsi ilə idxalı əvəz edən istehsalı dirçəltmək mümkün olardı. Rusiya prezidentinin müşaviri dolların məzənnəsini 60-80 rubl aralığında bir rəqəmdə sabitləşdirməyi tövsiyyə edir.

Əgər Rusiya bu addımı atarsa, bunun Azərbaycan manatının məzənnəsinin sabitləşməsinə təsiri qaçılmazdır. Son bir ilin təcrübəsi göstərir ki, Rusiya rublunun məzənənsinin dəyişməsi manatı öz ardınca aparır. Rublun manata təsiri bir neçə yolla baş verir. Birincisi, Rusiyadan fiziki şəxslərin Azərbaycana göndərdiyi pul baratlarıdır ki, bu, manatın məzənnəsinin sabitləşməsinə böyük dəstək verir.

Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2015-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 627 milyon dollar vəsait köçürülüb. Bu, 2014-cü ildə daxil olmuş vəsaitlərdən iki dəfə azdır. 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 milyon dollar daxil olub. Vəsaitlərin azalması rublun dollar qarşısında ucuzlaşması hesabına baş verib. Rubl sabitləşdikdən sonra Rusiya bazarında qiymətlər yenidən qalxa bilər və beynəlxalq səviyyəyə uyğunlaşar ki, bu da əmək miqrantlarının Azərbaycana göndərdiyi vəsaitlərin artması ilə nəticələnə bilər. Nəticədə manata şimaldan təzyiqlər xeyli azalar.

Sabitləşən rus rublu Azərbaycanın əmlak bazarına Rusiyadan vəsait axınını da bərpa edə bilər. Halbuki, rubl devalvasiyaya uğradıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların bir çoxu mənzillərin sataraq əldə etdikləri vəsaiti Rusiyaya aparmağa başladılar. Sabitləşən rubl prosesin əksinə baş verməsinə dəstək verə bilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *