Azərbaycanda “Əl-Qaidə” ilə əlaqələli şəbəkələr zərərsizləşdirilib » AzNews.info -Xəbər portalı

Azərbaycanda “Əl-Qaidə” ilə əlaqələli şəbəkələr zərərsizləşdirilib – VİDEO

Azərbaycanda “Əl-Qaidə” ilə əlaqələli şəbəkələr zərərsizləşdirilib


Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir.

Oxu.Az xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə deyib.

Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxt da ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.

Dünyada kifayət qədər tanınan terror qruplaşmalarının- “Əl-Qaidə”, PKK və s. bu kimi təşkilatların Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan Cabir Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm “Əl-Qaidə” ilə əlaqələli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.

Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *