BMT baş katibi Novruzu qeyd edən xalqları bayram münasibəti ilə təbrik edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

BMT baş katibi Novruzu qeyd edən xalqları bayram münasibəti ilə təbrik edib

BMT baş katibi Novruzu qeyd edən xalqları bayram münasibəti ilə təbrik edib


Novruz müasir aktuallığı ilə qədim bir ənənədir. Onun dostluq, həmrəylik və ətraf mühitə hörmət ruhu BMT-nin dəyərləri ilə güclü uyğunluq təşkil edir.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri BMT baş katibi Pan Ki Munun Beynəlxalq Novruz Günü ilə bağlı mesajında deyilir.

Onun sözlərinə görə, Novruz milli sərhədləri, dini ayrılıqları və digər fərqlilikləri aşaraq xoş niyyət bağları ilə icmaları birləşdirir:

“Bu cür ümumi məqsədlər insanlığın inkişaf etməsinə kömək edə bilər”.

Pan Ki Mun qeyd edib ki, indiki dövrdə münaqişələr, ayrı-seçkiliklər və insan haqlarının digər şəkildə pozulması halları böyük itkilərə səbəb olur:

“Biz əsas səbəblərlə mübarizə apararkən itkiləri aradan götürmək üçün birgə fəaliyyət göstərməliyik Gəlin, Novruzu qeyd edən bütün insanların onu sevinc və mənalı qarşılamasına şərait yaradaq və icazə verin onun əsas ümid və yenilənmə mesajını bütünü dünyaya yayaq”.

Xatırladaq ki, Beynəlxalq Novruz Günü BMT BAş Assambleyasının 2010-ci il qətnaməsi ilə Əfqanıstan, Albaniya, Azərbaycan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistanın təşəbbüsü ilə elan olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *