Prezidentdən qalmaqallı açıqlama: “Çox zəngin seks həyatım olub”
Gürcüstanda bir həftə ərzində sosial şəbəkədə iki siyasətçinin intim videolarının yayılması qalmaqallara səbəb olub.
“Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hələ ötən həftə sabiq xarici işlər nazirinin, bu günlərdə isə müxalifyönlü qadın siyasətçi Maya Pandjikidzenin intim videosu internetdə yayılıb. YouTube bir saat ərzində həmin videoları silsə də, bəzi saytlar onun yayımını davam etdiriblər.
Artıq Gürcüstan Baş prokurorluğu “şəxsi həyata dair informasiyanın qanunsuz yayılması” ilə bağlı araşdırmaya başlayıb.
Baş verən qalmaqalla bağlı ölkə prezidenti də açıqlama vermək məcburiyyətində qalıb: “Bu gün açıq şəkildə deyə bilərəm ki, seks və seks həyatı ayıb deyil. Şəxsən mənim də seks həyatım var, çox zəngin seks həyatım olub və gələcəkdə də olacaq... Bu iyrənc videonu yayan istənilən insan cəzalandırılacaq. Seksual həyat iyrənc deyil, iyrənc olan onu çəkməkdir”.
Mənbə:> Qafqazinfo.az