Mun Ankarada terror aktını pislədi
BMT-nin baş katibi Pan Gi Mun Ankarada 30 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, həmçinin həlak olanların ailələrinə başsağlığı verib.
“BMT Türkiyə hökumətini dəstəkləməyə davam edir və türk xalqı ilə bu ağır zamanda həmrəydir”, - ümumdünya təşkilatının saytında dərc edilmiş sənəddə deyilir.
Mənbə:> Oxu.Az