Türkiyəni çətin günlər gözləyir
Ankarada baş verən partlayışlar adiləşir.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ankara teraktını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, qarşıda Türkiyəni çətin günlər gözləyir:
“Terroçu təşkilatlar və onların arxasındakı güclər Türkiyəni Suriyaya çevirmək, ölkəni daxildən qarışdırmaq istəyirlər. Çox təəssüf ki, Türkiyə paytaxtı Ankarada partlayışlar adiləşir. Suriyada müharibə davam etdikcə və PKK terrrordan vaz keçmədikcə, Türkiyəni hələ bir müddət çətin dövr gözləyir. Buna baxmayaraq, Türkiyə polisinin terrorun təşkilatçılarını müəyyənləşdirəcəyinə əminəm. Türkiyə güclü dövlətdir və bu çətin sınaqdan çıxa biləcək”.
Mənbə:> Axar.az