İlham Əliyev qəbullar keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial

İlham Əliyev qəbullar keçirdi

İlham Əliyev qəbullar keçirdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirildi. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulandı.

Söhbət zamanı qonaqlar qeyd etdilər ki, Forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *