İran səfiri Xocalı soyqırımından danışdı
İyirmi dörd ildir İran xalqı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmdərddir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin keçirdiyi mətbuat konfransında deyib.
“Bu faciə nəticəsində həlak olanların ruhuna dualar oxuyuruq. Ümid edirik ki, nə burada, nə də dünyanın başqa yerlərində belə hadisələr baş verməz.
Azərbaycanda sülh, əmin-amanlığın bərqərar olmasını istəyirik”, - deyə o bildirib.
Mənbə:> APA