Marqarita Qasparyan: Bakı erməni idmançıları üçün çox çətindir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Marqarita Qasparyan: Bakı erməni idmançıları üçün çox çətindir

Marqarita Qasparyan: Bakı erməni idmançıları üçün çox çətindir


Amma başqa hallarda olub. Məsələn, Bakıda WTA seriyasından olan turnirlərdə iştirak edərkən özümü rusiyalı kimi təqdim etdim.

Oxu.Az xəbər verir ki, bu barədə “Baku Cup 2015” nüfuzlu tennis turnirinin qalibi, erməni əsilli rusiyalı idmançı Marqarita Qasparyan News.am-a verdiyi müsahibəsində nə vaxtsa milliyyətini gizlətməsinə dair verilən sualı cavablandırarkən deyib.

O, həmçinin qeyd edib ki, bu turnirdə qələbəsinə çox sevinib.

“Anladım ki, Bakı erməni idmançıları üçün çox çətindir. Problemlərlə üzləşməmişəm. Yalnız oyun zamanı tamaşaçılar mənim milliyyətimə görə rəqiblərimə azarkeşlik edirdilər”, - o bildirib.

Öz növbəmizdə qeyd edək ki, Qasparyanın jurnalistin sualına verdiyi bu cavabı bizdə anlaşılmazlıq yaradır.

Teninsçi Bakıda Qaparayan soyadı ilə çıxış edirdi, bu isə hamıya onun milli mənsubiyyətini göstərir. Nəyə görə özünü rusiyalı kimi təqdim etmək lazım olub?

Digər tərəfdən bu tədbirdə Qasparyan Rusiyanı təmsil edirdi və təbii ki, yarışda rusiyalı – Rusiyanın nümayəndəsi kimi çıxş edirdi. Axı rusiyalı olmaq, rus olmaq demək deyil. Rusiyanın bütün vətəndaşları rusiyalıdırlar, onların arasında ermənilərlə yanaşı, azərbaycanlılar da var.

Qeyd edək ki, 2015-ci ilin avqust ayında Bakıdakı uğuru rusiyalı idmançıya 43 min dollar mükafat və 280 reytinq xalı gətirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *