Əli Həsənov: Minsk qrupunun fəaliyyətində heç bir nəticə yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Əli Həsənov: Minsk qrupunun fəaliyyətində heç bir nəticə yoxdur

Əli Həsənov: Minsk qrupunun fəaliyyətində heç bir nəticə yoxdur


Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilən rəhbəri Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri xanım Deniz Duranı qəbul edib.

Bu barədə Oxu.Az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Elena Ajmone Sesseranı bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.

Görüşdə baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib:

“Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir”.

Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da geniş məlumat verib.

O, diqqətə çatdırıb ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir.

Əli Həsənov eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və skype vasitəsi ilə canlı əlaqənin yaradılmasını bir daha qonaqların diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini və bunun tezliklə həyata keçirilməsini tələb edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *