İran Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir
İran Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllinin tərəfdarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə bu ölkənin Ermənistandakı səfiri Seyid Kazem Səcədi “Armenpress”ə verdiyi müsahibəsində bəyan edib.
“Biz hər zaman məsələnin dialoq vasitəsilə həll edilməli olduğunu bəyan etmişik. İran hər zaman dialoqun tərəfdarı olub”, - deyən səfir misal çəkib.
Onun sözlərinə görə, İran öz nüvə proqramı məsələsində dialoq yolu ilə bir çox problemlərin həll oluna biləcəyini sübut edib.
“Məhz buna görə də biz tərəfləri problemi dialoq yolu ilə həll etməyə çağırırıq. Münasibətlərdə gərginliyə üstünlük verilə bilməz, belə ki, bu həm ölkələrə, həm də xalqlara ziyandır”, - səfir Seyid Kazem Səcədi bildirib.
Mənbə:> Oxu.Az