Kaspşik artıq Bakıdadır
ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik Bakıya gəlib.
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.
A.Kaspşik cəbhə xəttindəki son vəziyyətlə əlaqədar Azərbaycana səfərə gəldiyini deyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum etmişdi.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilmişdi.
Mənbə:> ANSPRESS