Sergey Dorenko: Tezliklə türklərlə müharibə edəcəyik – VİDEO
“Ərdoğan “fitnəkardır”, Putin isə “geri çəkilməyi sevmir”.
Rusiyalı jurnalist Sergey Dorenko “Replika” proqramının efirində bəyan edib ki, yaxın vaxtlarda Türkiyə Suriyaya müdaxilə edəcək və rusiyalılar yaxın həftələrdə onlara atəş açmalı olacaqlar, Oxu.Az Qordon-a istinadən xəbər verir.
“Türkiyə 80 milyon əhaliyə malik NATO ölkəsidir. Türklər Suriyanın şimal-qərbini bizim Donbassı qəbul etdiyimiz kimi hesab edirlər. Onlar düşünürlər ki, həmin ərazilərdə soydaşları yaşayır. Və tezliklə bizim onlarla, türklərlə müharibəmiz olacaq”, - deyə, Dorenko qeyd edib.
Jurnalistin fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “fitnəkardır” və həmişə vəziyyəti kəskinləşdirməyə çalışır. Rusiya prezidenti Putin isə “təslim olmağı sevmir” və belə gərginliyə “mexaniki sərt” cavab verir.
Jurnalist güman edir ki, yaxın vaxtlarda Türkiyə Suriyaya müdaxilə edəcək və rusiyalılar onlara atəş açmalı olacaqlar.
“Biz müharibəyə başlayacağıq”, - deyə, Dorenko fikrini yekunlaşdırıb.
Mənbə:> Oxu.Az