Bağdad yenə qana boyandı: 7 ölü
İraqın paytaxtı Bağdad şəhərində baş verən partlayışda 7 nəfər ölüb, 21-i isə yaralanıb.
Axar.az xəbər verir ki, partlayış şəhərin Ubeydi məhəlləsində baş verib.
Terror aktını hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Bundan əlavə, İraq ordusu Ramadi şəhərində İŞİD-ə aid bir qərargahı bombalayıb. Nəticədə 7 İŞİD döyüşçüsü məhv edilib.
Mənbə:> Axar.az