Naxçıvanı xarici düşmənlərdən bu qurum qoruyacaq
Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bununla bağlı Ali Məclisinin sədri Vasif Talıbov bu gün fərman verib.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidməti yaradılıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> APA