Qiymət artımı bəstəkarla şairi üz-üzə qoydu – FOTO
Tanınmış azərbaycanlı bəstəkar Muxtar Abseynov Azərbaycan hakimiyyətini sərt tənqid edib.
Azxeber.com-un məlumatına görə, bəstəkar Nizami küçəsinin şəklini paylaşıb və yazıb: "Söndürün, bu işıqları ayıbdır, yaraşmır".
Bəstəkarın bu sözləri tanınmış şair Cəlal Qurbanovu hiddətləndirib. O cavabında yazıb: "Niyə görə söndürülməlidir? Muxtar heç olmasa sən belə yazma. Sənin bir mahnıdan aldığın pulla bu işıqların 2 illik ödənişini etmək olar. O fikrini çəkdiyin adamlar bilsələr ki, sən mahnını neçiyə satısan, gəlib səni oğurlayıb, sənin özünü satarlar".
Cəlal Qurbanov bildirib ki, hər vəziyyətdən çıxış yolu var, sadəcə səbrli olmaq lazımdır.
Şairin bu sözlərindən sonra bəstəkar paylaşımını silib.
Mənbə:> Azxeber.com