ABŞ-ın bəyanatları nefti ucuzlaşdırdı
İrana qarşı sanksiyaların bəzilərinin qaldırılmasını təmin edəcək nüvə müqaviləsinin həyata keçirilməsinə “bir neçə gün” qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtondakı Milli Müdafiə Universitetində ABŞ-ın 2016-ci il üçün xarici siyasəti və İran ilə aparılan nüvə müqaviləsinin imzalanması məsələsindən bəhs edərkən qeyd edib.
“Rəsmi Tehran nüvə müqaviləsinin bağlanması istiqamətində səylərini davam etdirir. Bu konteksdə, İrana qarşı sanksiyaların qaldırılması üçün nəzərdə tutulan nüvə müqaviləsinin qüvvəyə minmə tarixi çox yaxındır. Hətta böyük ehtimalla qarşıdakı bir neçə gün içində bu addım atılacaq”, - deyə ABŞ –ın dövlət katibi çıxışında bildirib.
Xatırladaq ki, Bloomberg dünya bazarında neftin qiymətində müşahidə edilən kəskin ucuzlaşmanının səbəbini Con Kerinin bu bəyanatı ilə bağlı olduğunu yazıb.
Mənbə:> Oxu.Az