Obama müsəlmanların ünvanına zorakılıq və nifrəti pislədi
ABŞ prezidenti Barak Obama ekstremist terror aktları ilə əlaqədar müsəlmanların ünvanına nifrət və zorakılığı pisləyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Obama konqresə illik müraciətində bəyan edib.
“Siyasətçilər istər xaricdə, istərsə də bizim vətəndaşlarımız olan müsəlmanları, onların məscidlərini təhqir edərkən, uşaqlarını incidərkən təhlükəsizliyimizi möhkəmləndirmiş olmurlar”, - Obama deyib.
“Bu, bütün dünyanın gözündə bizim nüfuzumuzu azaldır və bizim ölkəmizin mahiyyətinə ziddir”, - ABŞ prezidenti əlavə edib.
Obamanın sözlərini respublikaçı namizədlər, əsasən də dəfələrlə müsəlmanlar haqqında mənfi fikirlər ifadə edən, onları ABŞ-a girişin qadağan edilməsinə çağıran Donald Tramp ilə qiyabi polemika kimi qiymətləndirmək olar.
Mənbə:> Oxu.Az