İlham Əliyev Pakistan bankına güzəşt etdi » AzNews.info -Xəbər portalı

İlham Əliyev Pakistan bankına güzəşt etdi

İlham Əliyev Pakistan bankına güzəşt etdi


Pakistan prezidenti Məmnun Hüseyn ötən şənbə günü Ravalpindi Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı pakistanlı iş adamlarını dost Azərbaycana ixracı genişləndirməyə çağırıb.

Oxu.Az DAWN nəşrinə istinadən xəbər verir ki, prezident Bakıya ötən ilin sonlarında etdiyi səfərin yekunlarına dair iş adamlarını məlumatlandırıb. Deyib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

Məmnun Hüseyn bildirib ki, Azərbaycan nizamnamə kapitalı 50 milyon dollardan az olan xarici bankların öz ərazisində fəaliyyətinə icazə vermir. Lakin onun xahişi əsasında Azərbaycan Pakistan Milli Bankının filialının 10 milyon dollar kapitalla fəaliyyətə başlamasına icazə verib.

“İxracatçılar dost ölkələrdə hadisələrin bu cür inkişafından fayda götürməlidir” - prezident bildirib.

Pakistan Azərbaycanın islam dünyasındakı strateji tərəfdaşı və ənənəvi müttəfiqidir. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *