İŞİD-in “müharibə naziri” öldürüldü
İraq hərbçiləri məlumat veriblər ki, ölkənin qərbində Ənbər vilayətinə endirilən aviazərbələr zamanı İŞİD terror qruplaşmasının “müharibə naziri” məhv edilib.
Bu barədə RİA Novosti agentliyi hərbi qurumun Facebook səhifəsində yerləşdirdiyi məlumata istinadən xəbər verib.
Nazir ilə birlikdə onu müşahidə edən 3 yaraqlı da öldürülüb. Hücum Hədisə şəhəri yaxınlığında baş verib.
İsrailin Arutz Sheva nəşri qeyd edir ki, terrorçuların yüksək vəzifəli nümayəndəsinin adı Samer Məhəmməd Matlub Hüseyn əl-Məhləvi (Thamer Mohammed Matlub Hussein al-Mahlawi) və ya Əbu Muaz idi. O Hədisa şəhərində döyüşçülərin fəaliyyətinə nəzarət edirdi.
Mənbə:> Oxu.Az