Davudoğlu Serbiyadan kömək istədi
Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçə müraciət edərək rəsmi Moskva və Ankara arasında əlaqələrin normallaşmasına kömək etməyə çağırıb.
Oxu.Az-ın Lenta-ya istinadən məlumatına görə, Serbiya liderinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, Davudoğlu belə bir bəyanatla Belqrada səfəri zamanı çıxış edib.
Baş nazir qeyd edib, Rusiya-Türkiyə münasibətlərində gərginiliyin azalması rəsmi Ankara üçün vacibdir. Məlumata görə, Nikoliç kömək etməyə hazır olduğunu bildirib.
Mənbə:> Oxu.Az