Müsəlmanları öldürmək üçün rentgen yaradan amerikalıya hökm oxundu
Müsəlmanlar üçün ölümcül rentgenin hazırlanmasına kömək edən amerikalı 8 il müddətinə azadlıqdan məhrum edilib, Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
İstintaq qeyd edir ki, aparat zərərsiz olub, lakin müttəhim onun işlək olmasına əmindir.
57 yaşlı Erik Feyt həmçinin 2014-cü ildə terrorçulara kömək etməsini etiraf edib.
O, 2013-cü ildə əlbiri Qlendon Skott Kroufordla birlikdə həbs edilib.
Krouford kütləvi qırğın silahından istifadə etmək cəhdində günahlandırılır. Onun barəsində hökm avqusta ayında çıxarılacaq.
Mənbə:> Oxu.Az