Ərdoğan İlham Əliyevə zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Oxu.Az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Mənbə:> Oxu.Az