Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda » AzNews.info -Xəbər portalı

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda – FOTO

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


IDEA və REC tərəfindən Azərbaycan məktəbliləri üçün “Yaşıl Paket” adlı multimedia dərsliyi tərtib olunmaqdadır. Bu dərsliyin gələn il ərzində geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Görüşdə gələcəkdə təhsil, ictimai maarifləndirmə, biomüxtəliflik, məlumat və təcrübə mübadiləsi, birgə nəşrlərin buraxılması, regional və beynəlxalq tədbirlərin keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Leyla Əliyeva həmçinin Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə də görüşüb.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb.

Leyla Əliyeva eyni zamanda Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təşkilat arasında gələcək fəaliyyətin çərçivəsini müəyyənləşdirməklə yanaşı, əməkdaşlıq sahələri və formatını da əks etdirir.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Leyla Əliyeva dekabrın 4-də Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə də görüşüb.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib.

Tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyi dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransına üzv qəbul edilib.

Leyla Əliyeva İqlim Dəyişikliyi üzrə Konfransda


Əsası 1994-cü ildə qoyulmuş UNCCD ətraf mühit və torpaqların davamlı idarə olunması sahələrini birləşdirən yeganə beynəlxalq sənəd hesab olunur. Konvensiya 195 dövlət, ö cümlədən 1998-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunub. Konvensiyanın Katibliyi Almaniyanın Bon şəhərində yerləşir və əsas etibarilə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında davamlı torpaq idarəçiliyi sahəsində təcrübə və texnologiya mübadiləsini təmin edir.

Dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti də UNCCD-nin fəaliyyətində iştirak edə bilər. Belə ki, xüsusi akkreditasiya prosesindən keçmiş 200-ə yaxın qeyri-hökumət təşkilatı hazırda UNCCD-nin üzvüdür.

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasına akkreditə olan IDEA İctimai Birliyi Azərbaycanı bu Konvensiyada təmsil edən ilk qeyri-hökuməti təşkilatı kimi tarixə düşüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *