Gürcüstan prezidenti: Saakaşvili ölkəni təhqir edib
Mixail Saakaşvili həm prezident institutunu, həm də ölkəni təhqir edib.
Oxu.Az-ın “Gürcustan-onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.
“Bu gün Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Hüquqi nöqteyi-nəzərdən bu, ölkədə qüvvədə olan qanunvericiliyə uyğun yeganə prosedurdur. Siyasi cəhətdən isə bu, tərəfimdən ən ağır qiymətə layiqdir. Çünki keçmiş dövlət başçısı prezident institutunu və ölkəni təhqir edib”, deyə Qeorqi Marqvelaşvili bildirib.
Xatırladaq ki, Ukrayna vətəndaşlığını aldığına görə Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Mənbə:> APA