Gürcü nazir qəzaya düşdü: Ölən var
Gürcüstanın qaçqınlarla iş üzrə dövlət naziri Sozara Subari Samtrendən çıxışda yol qəzasına düşüb.
Oxu.Az bu barədə “Qruziya onlayn”a istinadən xəbər verir.
Əldə olan məlumata görə, nazirin olduğu maşın taksi ilə toqquşub. Nəticədə taksi sürücüsü xəstəxanaya çatdırılarkən yolda keçinib.
Nazir və sürücüsü isə heç bir xəsarət almadan qəzadan qurtulublar.
Mənbə:> Oxu.Az