Türkiyə səfirliyinə “Ərdoğanın tabutu”nu gətirdilər – FOTO
“Rodina” (“Vətən”) partiyasının gənc fəallardan ibarət “Tiqrı Rodinı” (“Vətən pələngləri”) qolu Türkiyə səfirliyinin önündə sanksiyalaşdırılmamış piket keçiriblər.
Günorta saat üç radələrində yeddinci Rostovski küçəsində maşın dayanıb, maşından “pələnglər” tünd qırmızı rəngli tabut çıxarıblar, tabutun içində Ərdoğanı simvolizə edən maneken olub.
Oxu.Az “Russkaya Vesna”ya istinadən xəbər verir ki, içində türk səfirinə ünvanlanmış məktubun qoyulduğu tabutun ardınca yas əklilləri peyda olub. Əklillərin üzərindəki lentlərdə “Vətən pələnglərindən Vətən düşmənlərinə” və “Rusiya vətənpərvərlərindən ABŞ marionetlərinə” yazılıb.
“Biz uca səslə Rusiyada milli həmrəyliyin sözdə deyil, işdə mövcud olduğunu bəyan etmək istəyirik. Biz Türkiyə tərəfindən hərbi təxribata görə cavab tələb edirik”- aksiya təşkilatçılarından biri V.Laktyuşin bildirib.
“Ona görə də biz bu gün şişirdilmiş Ərdoğanı dəfn edirik. Bu maneken türk siyasətinin marionet mahiyyətini simvolizə edir”- aksiyanın digər təşkilatçısı M.Butrimov davam edib.
Piket tədbirin təşkilatçılarının polisə gətirilməsi ilə başa çatıb.
Mənbə:> Oxu.Az