Rusiyada türk şirkətinin ofisinə hücum » AzNews.info -Xəbər portalı

Rusiyada türk şirkətinin ofisinə hücum – VİDEO+FOTO

Rusiyada türk şirkətinin ofisinə hücum


Naməlum şəxslər Türkiyənin bayrağını qopardıblar və asfaltın üzərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.

Noyabrın 24-də Ulyanovskda Türkiyənin Anadolu Efes şirkətinə məxsus Efes Rus pivə şirkətinin ofisinə hücum olub.

Bu barədə Ulyanovsk-qorod xəbər nəşri məlumat yayıb.

Qeyd edilir ki, hücum edənlər Efes Rus pivə zavodunun ofisinə bir neçə avtomobildə gəliblər, daha sonra onlar Türkiyə bayrağını qopararaq binanın qapısını sındırmağa başlayıblar.

Hücum edənlər Türkiyə bayrağını qopartdıqdan sonra ona yumurtalar atıblar.

Onlar Türkiyə bayrağı əvəzinə zavod üzərində Rusiyanın HDQ (Hava desant qoşunları) bayraqlarını qaldırıblar. Hücum edənlər zavodun darvazası önündə asfaltda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.



Rusiyada türk şirkətinin ofisinə hücum

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *