Nardaranda telefon xətləri də kəsildi
Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.
AzNews.info xəbər verir ki, bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb:
“Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Mənbə:> APA-Economics