Türkiyə Nardaran hadisələrinə terror dedi
Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında bu sahədə də işbirliyi var:
“Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq”.
Mənbə:> APA