İŞİD bombardmanı: “Bizimkilər üçün” və “Paris üçün” – VİDEO
Rusiya aviasiyasının Suriyada terroristlərin mövqelərinə atdıqları raketlərin üstündə “Paris üçün”, “Bizim üçün” sözləri yazılıb.
Oxu.Az xəbər verir ki, müvafiq video Rusiyanın Müdafiə Nazirliyinin YouTube kanalında yerləşdirilib.
““Hmeymim” aviabazasının təyyarəçi və texniki işçiləri terrorçulara aviapoçt ilə öz ismarıclarını yollayıblar”, videoyazıdakı kadrların şərhində deyilir.
Daha öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bombardman aviasiyasının 29 təyyarəsinin Xəzər dənizi istiqamətindən yaraqlıların obyektlərinə zərbələr endirdiyi barədə məruzə etmişdi.
Bundan başqa, Müdafiə Nazirliyinin rəhbəri Xəzər dənizi Donanmasının terrorçuların mövqeləri üzrə yeddi hədəfə 18 qanadlı raket atmaları barədə məlumat verib.
Mənbə:> Oxu.Az