İran öz bazarını McDonald's üçün bağladı
İran xalqın Amerika dəyərlərini qəbul etməməsi səbəbindən McDonald's-ın bazarda iştirakına yol verməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində İranın Sənaye, mədən və ticarət nazirinin birinci müavini Moctab Xosroutac bəyan edib.
“Bəzi istehlak mallarında ABŞ simvolunu görmək olar. Məsələn, McDonald's-ı götürək. Müxtəlif ölkələrdə insanlar McDonald's-ı ölkədə Amerikanın iştirakı kimi qəbul edirlər.
İran xalqı uzun illər boyu ABŞ-ın bizim düşmənimiz olduğunu dərk edirdi. İnsanlar düşünürlər ki, hal-hazırkı mərhələdə müxtəlif regionlarda mübahisələrimiz və beynəlxalq məsələlərdə müxtəlif mövqelərimiz olan ölkənin simvolu yolverilməzdir”, - Xosroutac qeyd edib.
Nazir müavini əmindir ki, Amerikanın bu və ya digər şəkildə simvolu olan bu qəbildən olan məmulatlar və ya franşizalar xalq tərəfindən qəbul edilməyəcək.
McDonald's-ın sanksiyaların ləğvindən sonra İran bazarına mümkün çıxışı barədə suala cavab verərkən agentliyin həmsöhbəti deyib:
“Mədəni sahədə fərqimiz, viza ilə poblemlərimiz, beynəlxalq məsələlərdə müxtəlif mövqelərimiz olduğu halda bu necə ola bilər?
“Biz düşünmürük ki, ölkəmizdə bu qəbildən olan iştirak mümkündür”, - o, sözünü yekunlaşdırıb.
Qeyd edək ki, McDonald's dünyada iri restoranlar şəbəkəsidir, dünyanın 119 ölkəsində gündə 68 milyon müştəriyə xidmət edən şəbəkənin 35 min məntəqəsi var.
Mənbə:> Oxu.Az