İlham Əliyev və Putinin qaldığı oteldən fotolar – FOTO
G-20 sammitində iştirak etmək üçün Türkiyənin Antalyaya şəhərində olan Rusiya prezidenti Vladimir Putinin qaldığı otelin fotoları yayılıb. ANS -in məlumatına görə, ağaclarla izole edilən 630 kvadrat metrlik Ovner adlı villada qalıb.
Bu villada qolf sahəsi, açıq hovuz, teras, cakuzi, 4 yataq otağı, 1 salon, 1 yemək otağı, 4 tualet, masaj otağı, türk hamamı, fitnes salonu var.
Putinin mühafizə xidməti də onunla bir villada qalıb. Rusiya prezidentinin demək olar ki, bütün qidaları öz ölkəsindən gətirilib və öz komandası tərəfindən hazırlanıb. Putin villasında idmanla məşğul olub, hovuzda üzüb və türk hamamından istifadə edib.
Putinin qaldığı villanın bəzəndiyi çiçəklərin adı isə Atatürkdür. Bu bəzək bitkisi adını Türkiyədə yetişdirilməsi və tanıdılmasında böyük rol oynayan Mustafa Kamal Atatürkdən alır.
G-20 sammitində qonaq qismində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Putinlə eyni oteldə gecələyiblər. İlham Əliyev və Azərbaycanaın birinci xanımı üçün ayrılan villa da Putininki ilə eyni özəlliklərə sahib olub. Azərbaycan dövlət başçısının qaldığı villa "Presidential" adlanıb.
Mənbə:> ANSPRESS