Dünyanın məşhur binaları Fransanın bayrağı rənginə boyandı – FOTO
Dünyanın bir neçə məşhur binaları və tarixi abidələri noyabrın 13-dən 14-nə keçən gecə Parisdə baş vermiş faciə ilə əlaqədar Fransa bayrağının rənginə boyanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Twitter istifadəçisi bildirib.
Eyfel qülləsi kədər əlaməti olaraq qaranlığa qərq olub.
2001-ci ildə dağıdılmış əkiz göydələnlərin yerində tikilmiş Manhettendə Dünya ticarət mərkəzinin binası da kədər əlaməti olaraq Fransa bayrağının rənginə boyanıb.
Monreal sakinləri Parisdəki hücumların qurbanlarını “Marseleza” ilə anıblar.
Mənbə:> Oxu.Az