“Kommersant” Qarabağ üzrə sülh planından yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Media

“Kommersant” Qarabağ üzrə sülh planından yazdı

“Kommersant” Qarabağ üzrə sülh planından yazdı


İndi müzakirə edilən sülh planının variantlarından biri belədir: ermənilər Qarabağ ətrafı ərazidə işğal etdikləri Azərbaycan torpaqlarının böyük bir hissəsinə nəzarəti Azərbaycana qaytarır, bununla yanaşı Ermənistan ilə əlaqəni təmin edən Laçın dəhlizinə nəzarəti özündə saxlayır.

Bakı isə rəsmi olaraq Qarabağın ayrılmasını tanıyır, amma plana müvafiq olaraq məsələni silahla həll etməmək məsuliyyətini öz üzərinə götürür. Bunun zəmanəti olaraq münaqişə zonasında beynəlxalq sülhməramlıların (Birləşmiş Millətlər Təşkilatı və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) yerləşdirilməsi, eləcə də Azərbaycana qaytarılan rayonların demilitarizasiyası ola bilərdi.

Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti danışıqlara yaxın rusiyalı mənbəsinə istinadən yazır.

Ermənistanın diplomatik mənbəsi “Kommersant”a bildirib ki, Qarabağ ətrafı ərazilərdən imtina Azərbaycanın planıdır, bu plan heç müzakirə edilmir.

Yaranmış çıxılmaz vəziyyətin fonunda, “Kommersant”ın Bakıdakı yüksək vəzifəli mənbəsinin sözlərinə görə, erməni və Azərbaycan hərbçiləri arasında Qarabağda qarşıdurma zonasında hansısa məqamda “genişmiqyaslı münaqişə”nin yaranması ehtimalı böyükdür.

“Əgər başqa çıxış yolu qalmazsa biz vuruşmağa hazırıq. Son illərdə qüvvələrin mütənasibi dəyişib və bu dəyişikliyin Ermənistanın xeyrinə olmadığı aşkardır. Bizim hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən artıqdır. Ordumuz üçün İrəvanda olmayan yeni silahlar alınır. Bundan başqa, Naxçıvanda zərbə hissələrimiz yerləşdirilib, onlar müharibə başladığı halda İrəvana hücuma keçə bilərlər”- “Kommersant”a Azərbaycanın güc nazirliklərinin birinin rəhbərliyindən bildiriblər.

Azərbaycan tərəfindən KTMT-yə daxil olan Ermənistana qarşı hərbi əməliyyatların gözlənilməz nəticələri ola bilər, belə ki, Blok üzvləri kollektiv müdafiə razılaşması ilə bağlıdırlar, “Kommersant” qeyd edib.

“Qarabağa gəldikdə isə o, təhlükəsizlik müqavilə fəaliyyəti sahəsinə daxil deyil”, - qəzet yazır.

Qeyd edək ki, dünən erməni qəzeti “Aykakan Jamanak” Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni səhnəarxası proseslərin getdiyi və bu proseslərin təşəbbüskarının Rusiya olması barədə yazmışdı.

“Söhbət bir neçə Qarabağ rayonunun Azərbaycana “qaytarılmasından” gedir”, qəzet yazmışdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *