Putinin hərəkəti Çini qarışdırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı, Dünya

Putinin hərəkəti Çini qarışdırdı – FOTO

Putinin hərəkəti Çini qarışdırdı


Pekindəki keçirilən Asiya Sakit Okean ölkələri iqtisadi Əməkdaşlıq (ATES) təşkilatının sammitində Rusiya prezidenti centelmenliyi ilə bütün diqqətləri üzərinə toplaya bilib.
Putinin Çin lideri Şi Cinpingin həyat yoldaşı Peng Liyuana qarşı etdiyi hərəkət ölkədə günün mövzusuna çevrilib.

Belə ki, sammitin açılışı mərasimi ilə ötən gün atəşfəşanlıq keçirilib. Olimpiya stadionunda keçirilən atəşfəşanlığı izləmək üçün liderlər həyat yoldaşları ilə onlar üçün ayrılmış yerlərdə oturublar. Rusiya liderinə isə Çinin birinci xanımının yanında yer ayrılıb.

Qonaqlar yerləşəndən sonra havanın soyuduğunu hiss edən Putin yanındakı qalın şalı birinci xanımın çiyninə salıb.
Liyuan Putinin centelmen davranışını rədd etməyərək şalı götürüb. Amma dərhal arxasında dayanan protokol işçilərinin uzatdığı pencəyi götürərək geyməyə üstünlük verib.

Çin mediyası Avropa etikasına görə normal sayılan, Çində isə qəbuledilməz olan bu səhnəyə senzura qoyub və görüntüləri yayımlamayıb.

"The Straits Times" qəzeti Rusiya liderinin bu addımını belə şərh edib: “Çinin dövlət rəsmilərinin qatıldığı rəsmi mərasimlərdə qadınlara yaxınlaşmaq və toxunmaq protokola görə qəbuledilməzdir. Putin bizim adətləri bilmədiyi üçün yazılmamış bu qanunu pozub".

Qeyd edək ki, Putin ötən iləd anoloji addım atmışdı. Sankt Peterburqda keçirilən G20 sammitinə qatılan Almaniya kansleri Angela Merkel açıq havada üşüdüyünü görə, Rusiya prezidenti onun çiyninə adyal salmışdı.

Putinin hərəkəti Çini qarışdırdı
Putinin hərəkəti Çini qarışdırdı
Putinin hərəkəti Çini qarışdırdı
Putinin hərəkəti Çini qarışdırdı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *