Yunusların qızı Amerikadan kömək istədi
ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Azərbaycana qarşı yönələn dinləmələrdə əsas müzakirə mövzusu ABŞ-Azərbaycan münasibətləri, eləcə də ölkəmizdə insan haqları olub.
ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsi, bu dəfə Birləşmiş Ştatlar Konqresinin Helsinki Komissiyasında müzakirəyə çıxarıldı.
Brifinqdə iştirak edən Leyla və Arif Yunusun qızları Dinara Yunusu Amerikanın Azərbaycandakı sabiq səfiri Richard Morningstar müşayət edib.
Dinara valideyinlərinə qarşı təzyiqlər olunduğunu deyərək, Vaşinqtondan kömək istədi.
Azərbaycandakı insan haqlarının durumunun müzakirə olunduğu brifinqdə söz alan sabiq səfir Richard Morningstar iki ölkə arasında strateji maraqların olmasına baxmayaraq, münasibətlərin pozulduğunu söylədi.
O, hesab edir ki, buna səbəb insan haqları ilə bağlı vəziyyətin pisləşməsi və rəsmi Vaşinqtonun Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməmsidir.
Azərbaycan Birləşmiş Ştatlardan Ermənistana təzyiq göstərməsini gözləyir. Sabiq diplomat belə dedi. Rəsmi Bakını Birləşmiş Ştatların yaxın tərəfdaşı kimi Richard Morninqstar Amerikanın Azərbaycanın yaxşılıqlarını da unutmadığını dilə gətirdi:
“Amerika ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr var və bu əlaqələr bir çox halda yaxşı əlaqələr olub. Enerji təhlükəsizliyində əməkdaşlığımız olub. Terrorizimlə birgə mübarizədə yer almışıq. Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın dəstəyi olub”.
O, Amerika hökümətinin Azərbaycana qarşı etinasızlığı davam edəcəyi təqdirdə, Bakının Moskva ilə daha da yaxınlaşacağını düşünür.
Azərbaycanın bu toplantıda ciddi tənqid olunacağını düşünən Ermənistan üçün isə fürsət yaranmışdı. Özünü Qarabağ separatçılarının təmsilçisi kimi təqdim edən Aram Avatesyandan tutmuş, Ermənistan lobbisinin funksionerlərinədək, bir çoxlarını burda görmək mümkün idi.
Tədbirə qatılan erməni jurnalisti isə sabiq səfirə israrla söylətməyə çalışırdı ki, guya Naxçıvanda olan erməni qəbirlərini azərbaycanlılar dağıdıb və səfir də bunu görüb.
Richard Morninqstarın cavabı isə belə oldu ki, dağıdıldığı idda olunan məzarlığı ziyarət etmək niyyəti olub. Sadəcə ərazinin təhlükəsiz olmaması bu niyyətinin qarşısını alıb.
Mənbə:> ANSPRESS