Sentyabrda Azərbaycan sərhədlərini pozan 49 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb.
DSX-dən Oxu.Az-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 7 nəfəri Əfqanıstan, 6 nəfəri Banqladeş, 5 nəfəri İran, 3 nəfəri Malayziya, 2 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, 2 nəfəri Pakistan, 2 nəfəri Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşı olub.
“Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib”.
Bundan başqa, xidmətdən bildirilib ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Mənbə:> Oxu.Az