Vladimir Putin – 63 » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Vladimir Putin – 63

Vladimir Putin – 63


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün ad gününü qeyd edir.

Oxu.Az xəbər verir ki, onun 63 yaşı tamam olur.

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. O, Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik xidmətinin direktoru (1998-1999-ci illərdə) olub.

1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov idi.

Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıblar (2003-cı ildə qəbul olunublar).

2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında açıq elan etdilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *