Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi

Azərbaycanlı cütlük Ukraynada kamekadzeni “verbovka” etdi


Gənc adam “İslam Dövləti” (İŞİD) qruplaşmasına Ukraynadakı təlimatçılarla ünsiyyətdən sonra qoşulub, Oxu.Az Al Jazeera-ya istinadən xəbər verir.

Həlak olan terrorçunun atası İordaniya parlamentinin üzvü Mazen Dalainin mətbuata verdiyi məlumata əsasən, onun oğlu Mohammed Xarkovda universitetdə təhsil alarkən azərbaycanlı cütlüyün təsiri altına düşüb. Bu cütlük fəal şəkildə müsəlman tələbələri “verbovka” edərək, onları Suriya və İraqda “İslam dövləti”nin sıralarına daxil olmaq üçün təbliğat aparırdılar.

Beləliklə də, azərbaycanlı cütlük – İbrahim adlı kişi və Sumayə adlı qadın müsəlman terror təşkilatlarında iştirak etmək üçün kişi və qadınları yığırdılar. Mohammed və onun arvadı Çeçenistan və Tunisdən olan cütlüklərlə İŞİD-ə qoşulublar.

Həlak olan kamekadzenin 23 yaşı var idi, o, tibb universitetində üçüncü kursda oxuyurdu. Mohammedin arvadı islamı qəbul etmiş ukraynalı idi. Onlar yayda bərabər Türkiyəyə yola düşüblər, oradan isə İraqa gediblər. Keçən həftə iordaniyalı özünü partladıb.

Onun atası iddia edir ki, “İslam dövləti”nin bütün dünyada təbliğat üzrə şaxəli şəbəkəsi fəaliyyət göstərir. Onlar gənc müsəlmanları terror təşkilatının sıralarına cəlb edirlər.

Xarkovda müsəlman tələbələrin cəmiyyətinin rəhbəri, öz növbəsində həlak olanda bu günlərə qədər ekstremist əhval-ruhiyyəsini müşahidə etmədiyini bildirib. Onun sözlərinə görə, daha bir iordaniyalı ukraynalı arvadı ilə İŞİD-ə qoşulub. Xarkovda ümumilikdə 1,5 min iordaniyalı yaşayır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *