Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu – FOTO
Suriyanın Deraa əyalətində 700-ə yaxın yaraqlı və hökumətin axtardığı şəxs polisə təslim olublar, Oxu.Az SANA agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, milli barışıq proqramı çərçivəsində 450-dən çox suriyalı yaraqlı və hökumətin axtardığı 250 nəfər silahı yerə qoyaraq, dinc həyata qayıtmaq qərarına gəliblər.
Yaraqlılar təslim olarkən özləri ilə avtomat, pulemyot, snayper tüfəngləri kimi silahlar gətiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi yüzlərlə İŞİD yaraqlısının Suriyanı tərk edərək, Avropaya keçməyə çalışdığını bəyan etmişdi.
Mənbə:> Oxu.Az