BMT-dən Fələstinə böyük jest – FOTO
İsrailin etirazlarına baxmayaraq, Birləşmiş Milətlər Təşkilatının (BMT) binasının önündə Fələstin bayrağı da dalğalanacaq.
ANS PRESS-in məlumatına görə, artıq bu barəda qətnamə BMT Baş Məclisinin qərarı ilə təsdiqlənib.
Layihə Fələstinin təklifi ilə Baş Məclisdə müzakirələrə çıxarılılıb. BMT-yə daxil olan 193 dövlətin 115-i qərarın lehinə səs versə də 25 ölkə ona qarşı çıxıb.
Hazırda Fələstinlə yanaşı, Vatikan da üzv olmayan müşahidəçi dövlət statusuna malikdir. Bu qərarla Vatikanında bayrağı BMT-nin binasənın qarşısında dalğanacaq.
Fələstinin bayrağı
İsrail, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi və BMT-nin Baş Məclisin başçısına New Yorkdakı BMT Baş Mərkəzinə Fələstin bayrağının asılmaması barədə müraciət etmişdi.
İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosor tərəfindən BMT Baş BMT-nin Baş katibi Ban Ki-mun və BMT Baş Məclisin sədri Sam Kutesa'ya məktub yazıb.
Məktubunda, "Fələstinin asan və mənasız bal qazanmağa çalışdığını" iddia edən səfir Prosor, "Fələstinin içi boş tək tərəfli qərarları seçim etdiyini" irəli sürürdü.
BMT-yə üzv olan ölkələrin bayraqları
Fələstin, 2012-ci ildə BMT-nin Baş Məclisində təşkil edilən səsvermədə, 193 üzv ölkədən İsrail və ABŞ başda olmaq üzrə 9 ölkənin "xeyr" səs verməsinə baxmayaraq, 138 ölkənin təsdiqiylə "üzv olmayan müşahidəçi dövlət" statusu qazanmışdı.
Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası 15 sentyabr-6 oktyabr tarixləri arasında keçiriləcək. Baş Assambleyada Fələstin Adminstrasiyası Rəhbərliyinin lideri Mahmud Abbas da çıxış etməsi gözlənilir.
Mənbə:> ANSPRESS