Rusiya Azərbaycanı nə ilə silahlandırıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiya Azərbaycanı nə ilə silahlandırıb? – RƏSMİ

Rusiya Azərbaycanı nə ilə silahlandırıb?


Rusiyanın quru qoşunları üçün texnika və silahın xarici sifarişlər portfeli 12 milyarddan artıqdır.

Bu barədə Nijni Tagildə açılan “Russia Arms Expo-2015” (RAE) sərgisində Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzinin baş direktorunun müavini İqor Sevastyanov bildirib.

Oxu.Az bu barədə İTAR-TASS-a istinadən xəbər verir.

Mərkəzin məlumatına görə, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.

Qeyd edək ki, bu gün Rusiyanın Nijni Tagil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib.

Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *