Tacikistan hərbi vəziyyətdədir
Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi bölməsi və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Düşənbədən 40 km uzaqlıqdakı Ramit rayonundakı dərədə gizlənən terrorçuların müəyyənləşdirilməsi üçün axtarış aparır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Caloladdin Sadriddinov bildirib.
O qeyd edib ki, ötən gün keçmiş müdafiə nazirinin müavini Abdulhalim Nazarzodanın rəhbərliyi ilə 2 terrorçu qrupun Vəhdət şəhərində Daxili İşlər İdarəsinə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatına hücumu nəticəsində 8 milis əməkdaşı həlak olub. 9 terrorçu zərərsizləşdirilib. Daha 6-sı saxlanılıb. Nazarzoda sayı bilinməyən tərəfdarları ilə birlikdə Ramit rayonu ərazisində gizlənib.
“Bu gecə ölkədə vəziyyət sakit olub. Düşənbənin hər yerində milis postları ilə müdafiə sistemi gücləndirilib. Hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin yoxlanışı aparılır”, - DİN mətbuat xidmətinin rəhbəri bildirib.
Mənbə:> Oxu.Az