Gürcü KİV: Erməni internetinin 85%-i Azərbaycanın nəzarəti altına düşə bilər
Azərbaycanın aparıcı internet provayderi olan “Azeronline” Gürcüstanın ən böyük internet provayderi “Caucasus Online"dan 1200 km uzunluğunda optik lifli kabelin alınması ilə maraqlanır.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın “Kviris palitra" qəzeti öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.
Qəzet yazır ki, optik lifli kabel “Caucasus Online” tərəfindən 2008-ci ildə Qara dənizin dibi ilə çəkilir və Avropadan interneti ən qısa yolla Cənubi Qafqaz ölkələrinə çatdırır.
Ermənistanda internetin 85%-i, Azərbaycanda 50%-i, Gürcüstanda isə 55%-i bu kabelin köməyi ilə təmin olunur.
“Beləliklə, Azərbaycanın marağı təəccüblü deyil - tam yükləndiyi təqdirdə kabel böyük gəlir gətirə bilər. Bundan başqa, Ermənistanın internetinin 85%-i Azərbaycandan asılı olacaq və o, bu informasiya həcminə nəzarət edə biləcək”, - deyə, Dalma news yazır.
Mənbə:> Oxu.Az