İŞİD Roma tarixini məhv etdi – VİDEO+FOTO
İŞİD Roma imperatorluğundan qalma məbədin divarlarına bomba bağlayaraq partladıb.
ANS PRESS –in məlumatına görə, terrorçular bu vəhşiliyi tarixi şəhər olan Palmirada törədiblər. Bu barədə Suriya İnsan Haqları Dərnəyi məlumat yayıb.
Açıqlamada bildrilir ki, Bel adlı məbəd Roma imperatorluğu dövründən qalıb və UNESCO -nun siyahısına daxildir.
İŞİD abidələri məhv edir
Terrorçuların məhv etdiyi Palmira şəhəri
Yerli sakinlərin Associated Pressə verdiyi məlumata görə, partlayış nəticəsində məbədin böyük bir hissəsinə ziyan dəyib. Keçən həftə İŞİD Palmirada Baalşamini məbədini yerlə bir etmişdi.
UNESCO bu məbədin uçurulmasını “hərbi cinayət” olduğunu açıqlayıb. İŞİD antik şəhəri may ayında ələ keçirib.
Palmira şəhərində dağıdılan Bel məbədi
2011 ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Palmira şəhərini ildə 150 mindən çox turist ziyarət edirdi. Terrorçular dəfələrlə islamdan əvvəl qalma antik abidələri “bütpərəstliyin simvolu” adlandıraraq məhv edib.
Mənbə:> ANSPRESS