Boks Federasiyası ittihamlara cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, İdman

Boks Federasiyası ittihamlara cavab verdi – FOTO

Boks Federasiyası ittihamlara cavab verdi


Azərbaycan Boks Federasiyası bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yer alıb. Federasiyanın, eləcə də Beynəlxalq Boks Federasiyasının, rəsmi saytına baxmaqla bunun şahidi olmaq mümkündür.

Bu barədə Oxu.Az-a Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən bildiriblər.

Federasiyadan qeyd ediblər ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanın məhz respublikamızın tərkib hissəsi kimi göstərildiyi loqo əks olunub:

“haqqın.az saytında yayılmış və fotosu verilmiş geyimin isə ABF-yə heç bir aidiyyatı yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir”.

Federasiya xatırladıb ki, ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində məhz vahid loqo əksini tapıb.

Qeyd edək ki, bu gün haqqin.az saytı Azərbaycan boksçularının geyimlərində Naxçıvan Muxtar Respublikasının göstərilmədiyi loqonun olduğunu iddia edən xəbər yayıb.

Boks Federasiyası ittihamlara cavab verdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *