İlham Əliyev moldovalı həmkarını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Nikolaye Timoftiyə təbrik məktubu göndərib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram”.
Mənbə:> Oxu.Az